Menu

"WhatsApp"da daha bir funksiya tətbiq olunub

07.12.2021, 13:16
"WhatsApp"da daha bir funksiya tətbiq olunub

"WhatsApp"da ismarıcların silinməsi ilə bağlı yeni funksiya tətbiq olunub.

“Report” xəbər verir ki, bundan sonra ismarıclar istifadəçinin təyin etdiyi müddət ərzində avtomatik silinəcək. Xüsusi komanda ilə işə salınacaq funksiya ismarıcları 24 saat, 1 həftə, yaxud 90 gün sonra silir.

Belə ki, Android və ya iOS ilə çalışan telefonlarda funksiyanı açmaq və yaxud söndürmək üçün “Parametrlər”, sonra şəxsi hesabdan “Məxfilik” bölməsinə, orada da “Silinən ismarıclar” bölməsinə daxil olmaq gərəkdir.

Xatırladaq ki, ismarıcları silən funksiya ötən il tətbiq olunub və indiyədək hər çatda ayrıca işə salınırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol