Türkiyədə xüsusi əməliyyat: PKK-nın haker dəstələri zərərsizləşdirildi

Türkiyədə Ankara Respublika Baş Prokurorluğu PKK terror qruplaşmasının haker dəstəsinə qarşı uğurlu əməliyyat keçirib.

Əməliyat çərçivəsində dövlət qurumlarının internet ünvanlarında və bir sıra digər nüfuzlu saytlarda PKK təbliğatı aparan şübhəli İP ünvanı müəyyənləşdirilib. Bundan sonra təhlükəsizlik orqanlarındakı kiber sahə üzrə ekspertlər şübhəlilərin izinə düşərək yerlərini müəyyən edib.

Sonda Türkiyə polisi 14 rayonda eyni zamanda əməliyyat keçirib. Nəticədə 2 haker dəstəsi zərərsizləşdirilib, 42 nəfər yaxalanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar