Menu

Vahid Əhmədov Saleh Rüstəmovla bağlı Prezidentə müraciət etdi

07.12.2021, 21:17
Vahid Əhmədov Saleh Rüstəmovla bağlı Prezidentə müraciət etdi

Milli Məclisin deputatı Vahid Əhmədov aclıq aksiyası keçirən Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Bu barədə “Qafqazinfo”ya Vahid Əhmədov məlumat verib.

Müraciətində deputat Saleh Rüstəmliovun I Qarabağ savaşında iştirak etdiyini vurğulayaraq qeyd edib ki, onun aclıq aksiyası keçirməsi cəmiyyətin geniş təbəqələrində ciddi naratlıq yaradıb:

“Humanizm prinsiplərini əsas tutaraq Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləriniz çərçivəsində yardımçı olmağınızı xahiş edirəm”.

Müraciətdə bu təşəbbüsün "Saleh Rüstəmovun hüquqlarının müdafiə Komitəsi"ndən gəldiyi qeyd edilib.

Şərhlər

Niyaməddin 2021-12-08 11:26:04

Təşəkkürlər Vahid bəy!

Veteran 2021-12-08 11:17:07

Vahid müəllim SİZ əsil KİŞİSİNİZ.

Moshu 2021-12-08 04:36:36

Sözün açığı hərdən dəhşətə gəlirəm. Görəsən ölkə rəhbərliyinin olan təxribatlardan məlumatı varmı? Təxribat edənlərin böyük əksəriyyəti elə hökumətdə kök salıblar. ....Ramiz Mehdiyev Administrasiyadan uzaqlaşdırılandan sonra cənab Prezident bütün komandasını onun protejesi olan Ramiz Mehdiyevlə birlikdə Elmlər Akademiyasına transfer etməli idi. Mən ölkə başçısını bu gün də müdafiə edirəm, sabah da davam edəcəm. Əsas məqsədim fikrimi Vahid Əhmədovun müdafiəsinə qalxdığı Saleh Rüstəmovla bağlı bildirmək istərdim. Ötən əsrin 90-cı illərində Saleh Rüstəmovun Ermənistana aid olan Başkənd kəndinin (bildiyim qədər Başkənd Ermənistan iqtisadiyyatının 30 faizini kənd təsərrüfatı məhsulları ilə təmin edirdi) ələ keçirilməsində, Gəncəbasar zonasının qorunub saxlanılmasında əvəzsiz rolu olub. Milli Qəhrəman axısqa rürkü İsgəndər Aznaurovla birlikdə çəkilən video filmə baxmaq kifayətdir. Cəbhə hakimiyyətdən qovulduqdan sonra Saleh ailəsini götürüb Moskva şəhərinə getmiş və halal zəhmətilə ailəsini dolandırmışdı, nəzərə alsaq ki, onun övladı böyrək çatışmazlığından əziyyət çəkir. Sadəcə olaraq Saleh bəzi murdar insanların təsiri altına düşüb. Bir daha təkrar edirəm, cənab Prezidenti devirmək istəyənlər elə onun öz ətrafındakılardır. Saleh Rüstəmovun nə qədər maliyyəsi var idi ki, Əli Kərimovu müdafiə etsin ki, o da İlham Əliyevi devirsin. Əli Kərimli Ramiz Mehdiyevin projesidir. Bu nə vaxtsa sübuta yetiriləcəkdir. Onda bu binəva MOŞUNUN öz analizlərində nə qədər düzgün olmasının şahidi olarsınız. Cənab Prezidentimin mərhəmətinə sığınaraq ondan bir sadə vətəndaş kimi mən də xahiş edərdim ki, istisna hal kimi Saleh Rüstəmovu Əfv etsin və görsün onun bu addımını nə qədər Azərbaycan insanı müdafiə edəcək.

müraciət 2021-12-07 23:30:25

Saleh Rüstəmovu azad edin!

miri 2021-12-07 21:21:50

Halallıq ilə yaşamı həyat qayəsi bilən kəs haqqdan kənar dura bilməz. Eşq olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol