Menu

Türkiyə təyyarəsi qəzadan son anda xilas oldu

07.12.2021, 23:14
Türkiyə təyyarəsi qəzadan son anda xilas oldu

Türkiyə Hava Yollarına məxsus İstanbul-Frankfurt reysi ilə uçan təyyarə eniş zamanı böyük təhlükədən xilas olub.

Publika.az xəbər verir ki, Frankfurt hava limanına enərkən hidravlik sistemlərində nasazlıq yaranmasına baxmayaraq, təyyarə eniş edə bilib.

Təyyarə evakuatorun köməyi ilə açıq uçuş-enmə zolağına çıxarılıb və 152 sərnişin təxliyə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol