Türkiyənin müstəqilliyinin 91-ci ildönümü münasibəti Bakıda mərasim baş tutub
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun Türk şəhidliyini və Şəhidlər Xiyabanını ziyarət edib.
ANS PRESS-in Türkiyənin Azərbaycandakı Səfirliyinə istinadla verdiyi məlumata görə, Türkiyənin müstəqilliyinin 91-ci ildönümü münasibəti mərasim baş tutub.
Səfir və digər rəsmilər birlikdə Türk Şəhidliyində olublar, burada şəhidlərin xatirəsi yad edilib. Səfir Alper Coşqun Türkiyə Cumhuriyyətinin müstəqillik günü münasibəti ilə bunları deyib: "Türkiyə Cumhuriyyəti 91 yaşındadır! Mübarək olsun!! Atamızı, silah yoldaşlarını, bütün şəhid və qazilərimizi hörmətlə xatırlayıram".
Həmçinin Şəhidlər Xiyabanında da olan rəsmilər şəhid məzarları önünə gül dəstələri qoyublar.
[gallery columns="6" ids="65456,65457,65458,65459,65460,65461,65462,65463,65464,65465,65466,65467"]


Şərhlər