FƏRİD MANSUROV NAZİRLİKDƏN GETDİ... - Yeni vəzifəyə təyin edildi

Gənclər və idman nazirinin əmri ilə Fərid Mansurov nazirliyin İdman şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Bu barədə nazirliyin mətbuat katibi Qabil Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, nazirin digər əmri ilə F.Mansurov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.

10:12

Gənclər və İdman Nazirliyində gözlənilən növbəti yerdəyişmə baş verib. Yeni nazir Fərid Qayıbovun gəlişindən sonra ayrılacağı gözlənilən yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov postundan gedib.

O, nazirlikdə tutduğu İdman şöbəsi müdiri vəzifəsindən ayrılıb. Onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına prorektor təyinatı barədə xəbərin yaxın günlərdə elan olunacağı gözlənilir.

Qeyd edək ki, Fərid Mansurovun vəzifəsindən gedəcəyini ilk olaraq sportinfo.az saytı xəbər verib.

635x100

Şərhlər

Dövlətini sevən 2021-12-08 20:39:37

Şəki Gənclər və İdman idarəsində nə vaxt peşəkar kadrlara üstünlük veriləcəkdir ???

t.ədalət 2021-12-08 12:13:41

Yaxşı gəlirli yerə gedib...

Son yazılar