"İndiyədək "YAŞAT" Fonduna 65 milyon manat ianə olunub" - Ülvi Mehdiyev

"Bu günə qədər 40 şəhidin ailə üzvü, 15 qazi "ASAN Xidmət"də işlə təmin olunub".

"Report" xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") sədri Ülvi Mehdiyev "YAŞAT" Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Ü.Mehdiyev qeyd edib ki, 4 700 nəfərdən çox şəhid və qazinin ailə üzvləri "Asan Xidmət"də növbədənkənar, imtiyazlarla xidmətlərdən yararlanıb: "İndiyədək 65 milyon manat Fonda ianə olunub ki, onun da 50 milyon manatı müxtəlif istiqamətlər üzrə xərclənib".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar