"Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik" - Ərdoğan

“Rusiya ilə Ukrayna arasında son zamanlar yaranan gərginliyi azaltmaq və bir dialoq xətti yaratmaq məqsədil' tərəflərin razılığı əsasında istənilən formatda vasitəçilik edə bilərik”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərdən qayıdarkən təyyarədə jurnaistlərin suallarına cavabında bildirib.

“Ukrayna və ətrafındakı hadisələri yaxından izləyirik. Gərginliyin bundan çox artmaması və sabitliyin saxlanmasını istəyirik. Rusiya ilə Ukrayna arasında son zamanlar yaranan gərginliyi azaltmaq və bir dialoq xətti yaratmaq məqsədilə tərəflərin razılığı əsasında istənilən formatda vasitəçilik edə bilərik. Əlbəttə, bölgənin sülhü üçün üzərimizə düşəni çəkinmədən edərik”, - Türkiyə lideri deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar