Menu

Amerikalı investorlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

08.12.2021, 21:25
Amerikalı investorlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviter hesabında yazıb.

O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib.

"Görüşdə amerikalı investorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirələr aparılıb", - nazir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol