"Monitorinqlərin nəticəsində məktəbəqədər təhsil müəssisələrinin məsul şəxsləri və qida blokunun əməkdaşlarının bu sahədə çox zəif biliklərə sahib olduqları, ya da ümumiyyətlə, olmadıqları müəyyənləşib. Hətta qida sahəsindəki normativ hüquqi aktlardan xəbərsizdirlər".
“Report” xəbər verir ki, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı Şəhla Yusifzadə məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərindən danışarkən deyib.
Onun sözlərinə görə, təhsil müəssisəsində tərtib olunan menyular uşaqların yaş qrupuna uyğun olaraq fizioloji normalarını qarşılamır: “Yəni gün ərzində bir uşağa tələb olunan maddəli qidalar və enerji çatdırılmır. Menyularda normalardan kənaraçıxmalar olur”.


Şərhlər
Halbuki, dövlət bağçalarında ümumiyyətlə, normanın qat-qat altında xidmət göstərilir uşaqlara. Ancaq, bunu AQTA müəllim görmür. Aqtanın fəaliyyətnini gözəl qiymətləndirərdik o hal da ki, o bütün ölkə üzrə şəffaf yoxlamalar keçirsin. Hərəyə qüsuruna görə bir tas qoyub, hərəni bir cür qulaqlayıb, hesabatlı görüntü xatirinə dolyanı verməyən 5-6 nəfəri qaralayıb vətən xaini etməklə biz ona heç vaxt arzu etdiyi dəyəri verməyəcəyik.
Bu AQTA bu sözü dövlət bağçaları üçün işlədə bilirmi? İşlədə bilər, ancaq, işlətmir. Çünki, özünün də xımır xımır gəmirdiyi komandanın üzvləri ifşa etmək istəmir.
Hardasa iki il bundan əvvəl bir bağça müəlliməsi ilə eyni avtobusda yol gedirdik. Xanım and-aman edirdi ki, -müdirəmiz bağçaya gətirilən ərzaq, yuyucu, yataq və ümumiyyətlə, uşaqlar üçün zəruri olan hər şeyi bütün müəllimələrin, valideynlərin, hətta küçədən keçənlərin gözləri qarşısında ərinin maşınına yükləyib evinə aparır. Bunları heç kimdən utanmadan, həya etmədən və qorxmadan edir. Mənim 46 yaşım var. Atamdan- yoldaşımdan elə qorxmuram nəinki ondan. Tək mən yox e, hamımız. Nisbətinizi götürün ki, adam evinin birinci mərtəbəsini Qarışıq mallar mağazası edib hər şeyi orada satdırır. Bunları danışdığımı bilsə məni bəlkə də öldürər. Ya da tutdurar. Orası onun hökmündən asılıdır. Sitatın sonu. Mən bu hadisəni heç unuda bilmirdim. İldən artıq olar ki, həmin rayonun İcra başçısını həbs edib yerinə cavan bir kadr qoyublar. Hərdən düşünürəm ki, görəsən o yırtıcı müdirə hələ də posütunda qalırmı və görəsən bir dəri, bir sümük kimi görünən o zavallı müəllimə yenə də işləyirmi və ümumiyyətlə o sağdırmı?Bunu həm də ona görə yazdım ki, mən ömrümdə müdirdən bu qədər qorxan bir işçi görməmişdim.