Menu

Pakistan “Demokratiya Sammiti”nə qatılmaqdan imtina edib

09.12.2021, 21:44
Pakistan “Demokratiya Sammiti”nə qatılmaqdan imtina edib

Pakistan ABŞ-ın “Demokratiya Sammiti”nə dəvətini qəbul etməyib. Bu barədə Pakistanın mətbuatı ölkənin Xarici İşlər Nazirliyinin mənbələrinə istinadla məlumat veriblər.

Bildirilib ki, Pakistan hökuməti ABŞ-ın bu gün və sabah keçirəcəyi “Demokratiya Sammiti”nə qatılmaqla bağlı üzrlü olduğunu bildirib.

Qeyd edək ki, Pakistanla ABŞ arasında soyuq münasibətlər əsasən Əfqanıstanla və Çinlə əməkdaşlıqla bağlıdır. ABŞ prezidenti Co Bayden seçiləndən indiyə qədər Pakistan baş naziri İmran Xanla danışımayıb. Bundan savayı ABŞ bundan öncə bölgədə iqlim dəyişikliyi ilə bağlı toplantıya da rəsmi İslamabadı dəvət etməmişdi.//SalamNews

Şərhlər

Eli 2021-12-09 22:03:29

ABŞ özünü dügün aparmır.O dünyada ona göre meydan sulayır ki ,güclüdür .O Haqlı olduğuna göre özünü aparsaydı bu elbette hörmete layiq olardı.Yeqin ki bir zaman geler onunda yerindr oturdan ve ya oturdanlar tapılar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol