Menu

"Qarabağ"ın "Bazel"lə oyunda təmiz qolu qeydə alınmayıb

10.12.2021, 00:21
"Qarabağ"ın "Bazel"lə oyunda təmiz qolu qeydə alınmayıb

"Qarabağ" İsveçrədə "Bazel"ə qarşı keçirdiyi UEFA Konfrans Liqasının qrup oyununda haqsızlıqla üzləşib. "Report"un məlumatına görə, Ağdam klubunun 2-ci dəqiqədə vurduğu təmiz qol qeydə alınmayıb.

İbrahima Vadjinin ötürməsindən sonra Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçsə də, görüşün baş hakimi qolu saymayıb.

Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab açılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol