Menu

ERMƏNİSTAN KƏLBƏCƏRDƏ İTKİLƏR VERDİ - Ölən və yaralananların sayı açıqlandı (Yenilənib)

10.12.2021, 20:23
ERMƏNİSTAN KƏLBƏCƏRDƏ İTKİLƏR VERDİ - Ölən və yaralananların sayı açıqlandı (Yenilənib)

Ermənistan Müdafiə Nazirliyi bu gün sərhəddəki təxribatlarla bağlı məlumat yayıb. Məlumata görə, Ermənistan tərəfindən bir nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Yaralılardan altısının vəziyyəti ağır, daha ikisinin vəziyyəti orta və yüngüldür.

Hərbi idarə bu gün həlak olan əsgərin adını da açıqlayıb. Bu, 19 yaşlı sıravi Vaqe Vaqarşakoviç Manaseryandır.

***

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatı ara vermir.Bir az öncə Azərbaycan Müdafiə Nazirliyi vəziyyətlə bağlı məlumat yaymışdı.

Ermənistan mediasının məlumatına görə, düşmən ordunun bir hərbçisi məhv edilib, daha bir neçə nəfər yaralı var. Ermənistan Müdafiə Nazirliyi yaralıların sayını dəqiqləşdirir. Bu barədə erməni mediası xəbərlər yayıb.

Şərhlər

Kərəm 2021-12-14 15:37:26

Əgər Kəlbəcəri elan olduğu kimi azad tmidiksə və orada quryculuq işlərinə başlamışıqsa orada ermən nə gəzir?Niyə doğru məlumat verilmir.t

Mirzə Qafarlı 2021-12-11 07:26:33

Ilan ulduz görməsə, ölməz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol