Dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2” formatında keçilən regional platformanın ilk toplantısı başa çatıb. "Report" Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.
Beş ölkənin nümayəndələri Gürcüstanın platformaya qoşulmaqda maraqlı olduqlarını bildiriblər.
Müvafiq nazirlik və idarələrin mümkün iştirakı ilə gələcək addımlar, eləcə də iş planları müzakirə edilib.
***
Rusiyanın paytaxtı Moskva şəhərində olan Baku TV-nin əməkdaşı Zakir Musayev Regional Əməkdaşlıq Platformasının ilk iclası barədə məlumat verib. Bildirib ki, görüşlə bağlı hələ geniş və dəqiq məlumat yoxdu.
Xatırladaq ki, Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya və İranın altı əməkdaşlıq platformasının yaradılması ideyasını İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan irəli sürüb.
Danışıqların 3+3 formatında keçirilməsi təklif olunmuşdu. Daha sonra Gürcüstan Moskva görüşündən imtina edib.
Qeyd edək ki, bu gün Moskvada Azərbaycan Türkiyə Ermənistan Rusiya və İranın iştirakı ilə Regional Platformanın ilk iclası keçiriləcək.
İclasda beş ölkənin Xarici İşlər Nazirliklərinin müavinləri iştirak edəcək.
Daha ətraflı Baku TV-nin süjetində:


Şərhlər