"Azərbaycan Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamağa hazırdır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya- "Stratcom 21" Sammitindən sonra “Haber Global”a müsahibəsində bildirib.
"Rusiya bu prosesdə məşvərətçi qismində çıxış etmək istəyini ifadə edib. Amma prosesin baş tutması və uğurlu alınması üçün Ermənistanın ciddi şəkildə düşünməsi və müsbət addımlar atmasına ehtiyac var", - Prezidentin köməkçisi qeyd edib.
H.Hacıyev vurğulayıb ki, insanların böyük sevinclə, güvənli bir şəkildə öz doğma torpaqlarına qayıtması və orada yaşaması Qarabağ savaş səhifəsinin qapanması üçün vacibdir:
"Təəssüf ki, bu gün də minalardan nə qədər insan ölür. Bu da Ermənistanın Azərbaycana qarşı vandalizminin, savaş siyasətinin davamı kimi qiymətləndirilə bilər. Minalar qəsdən basdırılıb və məqsəd günahsız insanların ölümünə səbəb olmaq, eləcə də öz evlərinə geri dönməsinə mane olmaqdır".
"Nə zaman ki müsbət dinamika baş verir, onlar hərbi və ya siyasi təxribat törədərək bunun qarşısını almağa çalışırlar. Azərbaycan Ermənistanın bütün bu təxribatlarının qarşısını alacaq və cavabını verəcək", - H.Hacıyev deyib.


Şərhlər
Təxribatlara yerində.həmən cavab verilməlidir...
Hikmət Hacıyevin İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya-"Stratcom 21" sammitində söylədiyi- "Həmçinin Prezident tərəfindən sosial media səhifələri üzərindən aparılan fəaliyyət və bütün ölkəmizdə kommunikasiyanın vahid mərkəzdən idarə olunaraq əlaqələndirilmiş şəkildə, hər hansı fikir ayrılığına yol vermədən həyata keçirilməsi sahəsində olan təcrübəmizi bölüşdük". fikirlər, bir gerçəkdir və hər birimiz be gerçəyin son 44 gülük Vətən Müharibəsində canlı şahidi olduq. Lakin, bu gün Sosilal şəbəkələrdə və Youtub TV-də gedən bəzi informasiyalar, hətta müharibənin devam etdiyi indiki şəraitdə heç də Dövlətçilıiyin Bekasının qorunması baxımdından günün tələblərinə cavab vermir . Sanıram aidiyyatı qurumlar, xüsusən də DTX bu məsələni diqqətə almalı, sosial şəbəkələrdə Dövlətin yürütdüyü siyasete kölgə düşürmək və bəzən də düşmən dəyirmanına su tökmək amacı ilə yayımlanan paylaşma və verlişlər nəzarətə göyürülməli və qarşısının alınması üçün tədbirlər görülməlidir. Bu barədə qeyd olunan samitə, tele bağlantı ilə qoşulan Türküyə Cümhuriyyetinin prezidenti sayın Erdoğanın söylədiyi fikirlərə tam qatılıram. Həqiqətən də internet üzərindən paylaşmalar və bəzi inter TV verlişləri bu gün Dövləti və cəmiyyəti təhlükəli bir boyuta daşımaqdadır. Bu gün həmin informasiyalar demək olar ki, dövləti təhdid edir və cəmiyyətin bütün dəyərlırini içdən parçalayır. Bu da, dünya küresel güclerin "demokratiya" adı altında ixrac etdiyi bir bəladır və biz inddən bu bəlanın qarşısını almasaq, sonu terrorizm, narkomaniya qədər dağıdıcı və təhlükəli olacaqdır.
Ay gözəl insanlar,təxribatları törədən Putindir.ermənistan Rusiyanın ortaya atdığı bir oyuncaqdır....