Ermənistanın Soçi bəyanatını yerinə yetirməkdən yayınması dövlət sərhədində növbəti hərbi toqquşmalara rəvac verib.
Xatırladaq ki, 3 gün əvvəl Kəlbəcər istiqamətində Azərbaycan hərbi qulluqçusu düşmənin açdığı atəşlə şəhid edilmişdi. Bir gün sonra həmin istiqamətdə növbəti təxribatlar baş verib. Azərbaycan Ordusunun cavab zərbələri ilə düşmənin bir əsgəri öldürülüb, 5 hərbçisi isə ağır yaralanıb.
Əvvəldən də gözlənilirdi ki, 10 noyabr razılaşmasının icrasına müqavimət göstərən Nikol Paşinyan hökuməti növbəti təxribatlara əl atacaq.
Bəs, sərhəddəki gərignlik 3 gün sonra Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində keçiriləcək İlham Əliyev - Nikol Paşinyan görüşünü əngəlləyə bilərmi?
Politoloq Elxan Şahinoğlu "AzPolitika.info"ya açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında nə qədər ki, dəhliz, sərhədlər və sülh sazişi məsələləri həll olunmayıb, gərginlik davam edəcək. Bununla belə politoloq hesab edir ki, bu gərginlik Brüssel görüşünü əngəlləməyəcək. "Çünki tərəflərdən biri görüşə getməsə, Avropa Birliyi ilə tərəfdaşlıqda problem yaşaya bilər", - ekspert vurğulayıb.
"AzPolitika.info"


Şərhlər
Bürüssel görüşü Putini dəstəkləyənlər tərəfindən pozulacaq.