Menu

“Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır” - Cavid Qurbanov

12.12.2021, 12:46
“Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır” - Cavid Qurbanov

“Bərdədən Ağdama dəmir yolu xəttinin bərpası başa çatdıqdan sonra Xankəndiyə də dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O, Şuşaya dəmir yolu xəttinin çəkilməsi barədə də danışıb: “Bu istiqamətdə layihələndirmə işləri gedir, amma tikinti işlərinə nə vaxt başlanılacağını deyə bilmərəm. Qərar verilsə, ondan sonra işlərə başlanılacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol