Menu

“Ölkədə 120-130 min əcnəbi var” - Vüsal Hüseynov

12.12.2021, 13:58
“Ölkədə 120-130 min əcnəbi var” - Vüsal Hüseynov

"Hazırda ölkədə 120-130 min yaşayan əcnəbi var".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, bura həm də 15 günə qədər qısamüddətli ölkəyə səfər edənlər aiddir:

"Bildiyiniz kimi, əcnəbilər 15 gündən artıq qalanda olduğu yer üzrə qeydiyyatdan keçməlidilər. Təxminən 12-13 faiz əcnəbi 15 günə qədər ölkədə qalan kontingentindir. Digərləri isə ölkədə müvafiq yaşama icazələri və yaxud qeydiyyata düşməklə yaşayan şəxslərdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol