Menu

Rusiyada koronavirusa yoluxanların sayı 10 milyonu ötüb

12.12.2021, 14:10
Rusiyada koronavirusa yoluxanların sayı 10 milyonu ötüb

Rusiyada son sutka ərzində daha 29 929 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 016 896 nəfərə çatıb.

Son sutka ərzində 1132 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 289 483 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol