Menu

Cavid Qurbanov Naxçıvana çəkiləcək dəmir yolundan danışıb - “Danışıqlar aparılır”

12.12.2021, 16:06
Cavid Qurbanov Naxçıvana çəkiləcək dəmir yolundan danışıb - “Danışıqlar aparılır”

“Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək dəmir yolunun Naxçıvan hissəsində hələlik layihələndirmə işləri gedir”.

APA bildirir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əsas məsələ bu dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsidir və bununla bağlı danışıqlar aparılır:

"Bildiyiniz kimi, Ermənistan Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın icarəsindədir. Hesb edirəm ki, bu daha da uzanacaq. Kommunikasiyaların açılmasına razılıq verildikdən sonra işlərə başlamaq olar".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol