Menu

Beynəlxalq Paralimpiya Komitəsinə prezident seçilib

12.12.2021, 16:30
Beynəlxalq Paralimpiya Komitəsinə prezident seçilib

Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Baş Assambleyasının iclası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə IPC-nin prezidenti vəzifəsinə seçkilər baş tutub.

Braziliyalı funksioner Endryu Parsons yenidən qurumun rəhbəri seçilib. O, 2017-ci ildən sözügedən vəzifədə çalışır.

Qeyd edək ki, 44 yaşlı funksioner 2005 - 2009-cu illərdə Amerika Paralimpiya Komitəsinə başçılıq edib. Parsons 2009-cu ildən 2017-ci ilədək isə Braziliya Paralimpiya Komitəsinin prezidenti olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol