Menu

Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir

29.10.2014, 15:56
Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir

Rusiya Ermənistandakı hərbi bazasını gücləndirmək niyyətindədir.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

“Biz xaricdəki – Qırğızıstan, Tacikistan və Ermənistandakı hərbi bazalarımızı inkişaf etdirməyə davam edirik. Ümumiyyətlə, bu bazaları aktiv şəkildə gücləndiririk”, - deyə nazir bildirib.

S. Şoyqu xatırladıb ki, bu yaxınlarda Rusiya eskadrilyası Belarusda döyüş növbəsinə başlayıb: “Bizim ümumi planlarımızla əlaqədar olaraq Belarusda hərbi eskadrilyamız yerləşdirildi".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol