Menu

Azərbaycanda qocalar üçün 9 mərtəbədən hündür bina inşa etmək qadağan olunub

13.12.2021, 11:20
Azərbaycanda qocalar üçün 9 mərtəbədən hündür bina inşa etmək qadağan olunub

Azərbaycanda yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılmalıdır.

“Report” xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, qocalar üçün nəzərdə tutulan yaşayış binaları doqquz mərtəbədən, əlilliyi olan şəxslərin ailələri üçün nəzərdə tutulan binalar isə beş mərtəbədən hündür olmamalıdır. Digər yaşayış binalarında isə əlilliyi olan şəxslər üçün mənzillərin birinci mərtəbədə yerləşdirilməsi tövsiyə olunur.

Şərhlər

t.ədalət 2021-12-13 14:26:38

...Məgər,qocalar cavanlardan aralı yaşayır?Şəhid ailələri və müh.əlillərinə mənzil vermək üçün ev tikməyə şəhərdə yer tapmır,onları aparıb Abşeronun yaşamaq mümkün olmayan ucqarlarına atırlar.Qocalar üçün ev tikmək heç mümkün deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol