Menu

Türk lirəsi yenidən ucuzlaşıb

13.12.2021, 13:58
Türk lirəsi yenidən ucuzlaşıb

Bu gün – dekabrın 13-də Türkiyə lirəsi 7% dəyər itirib, 1 dollar 15 lirəyə yaxınlaşıb. Lirə səhər saatlarında dollara qarşı 14.99-a düşüb, sonradan 14.2895 həddində qərarlaşıb. Bu tənəzzülün səbəbi uçot dərəcəsinin yenidən azaldılacağı barədə xəbərlərlə bağlıdır.

Son iki həftədə Mərkəzi Bank lirəni 14.0 səviyyəsində saxlamışdı, belə ki, qurum üç dəfə dollar satmaqla xarici valyuta bazarına müdaxilə etmişdi. Bazar ertəsi səhər isə heç bir müdaxilənin olunmayacağı açıqlanıb.

Bu həftə Mərkəzi Bankın faiz dərəcəsini 100 bənd azaldaraq 14%-ə salacağı gözlənir. Ötən ay isə inflyasiya 21.3%-ə yüksəlib.

Mərkəzi Bankın Prezident Rəcəb Tayyib Ərdoğanın təzyiqilə sentyabrdan uçot dərəcəsini 400 bənd azaltması investorların və əmanətçilərin əndişəsini artırıb. İqtisadçıların və müxalifətdən olan siyasətçilərin tənqidlərinə baxmayaraq, Ərdoğan faiz dərəcələrinin azaldılmasında israr edir. Onun yeni iqtisadi planı iqtisadi artım, kredit, istehsal və ixraca fokuslanır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol