Menu

BU GÜN ƏLİYEVLƏ PAŞİNYAN ARASINDA GÖRÜŞ OLACAQ - Liderlər əvvəlcə Şarl Mişellə görüşəcəklər

14.12.2021, 02:04
BU GÜN ƏLİYEVLƏ PAŞİNYAN ARASINDA GÖRÜŞ OLACAQ - Liderlər əvvəlcə Şarl Mişellə görüşəcəklər

Bu gün - dekabrın 14-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yüksək vəzifəli avropalı diplomat məlumat verib.

Görüş 15 dekabrda keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti ərəfəsində baş tutacaq.

“Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüş keçirəcək. Həmin axşam isə onlarla üçtərəfli görüş baş tutacaq”, - deyə diplomat söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol