“Dəfələrlə aviabiletlərin qiymətlərinin baha olması məsələsini qabartmışıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzuruqsa, rəqabət də olmayacaq”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda ən yaxşı işləyən qurumlardan biri Dövlət Miqrasiya Xidmətidir: “Başqa ölkələrdən bura gəlib getmək əzaba çevrilib. Biz bu qanunu kiməsə iş yerinin yaradılması üçün qəbul etməməliyik. Ov turizminin də qanunda hər hansı bir formada əks etdirilməsi vacibdir”.
Deputat Azərbaycanda turistlərin aldadılması məsələsinə də xüsusi diqqətin yetirilməsinin vacibliyini vurğulayıb: “İnzibati Xətalar Məcəlləsinə turistlərin aldadılması ilə bağlı müddəa da əlavə edilməlidir. Turistlər bilməlidir ki, bu ölkəyə gələnlər aldadılmır”.
“Burada hamımız danışdıq. Hər şeyi dedik. AZAL qiyməti endirəcəkmi? Yox, endirməyəcək”.
Bunu isə Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat Aqil Abbas bildirib ki, Naxçıvanda artıq kənd turizmi sahəsində işlərə başlanıb, nailiyyətlər də var: “Bu gün burda hamı təkliflərini dedi. AZAL qiymətləri endirəcəkmi? Yox, endirməyəcək. Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum.
Bu məsələyə ciddi şəkildə baxılmalıdır. Deputatların bu gün burda dediyi qalır havada. Sözümüzün havada qalmaması üçün bəlkə bu məsələyə qayıtmayaq, AZAL qiymətləri qaldıra-qaldıra getsin? AZAL-ın bu qədər pulu var, Allahın bir futbol komandasını da saxlaya bilmədi. Dünən Prezident İlham Əliyev “Qarabağ” futbol klubunu qəbul etdi, dedi ki, niyə Azərbaycanın bir futbol klubu olmalıdır? İş adamları pul ayırmır. Digər tərəfdən, qiymətlər çox bahadır. Hotellərdə bir gecə, iki gün qalmaq üçün mənim 1 aylıq maaşım qədər pul verməlisən. Qiymət məsələsi birdəfəlik həll olunmalıdır. Xahiş edirəm, Sahibə xanım, özünüz Milli Məcisin sədri kimi bu işə qarışın”.

Şərhlər
если монополия не искоренится, если конкуренты выгоняются Азербайджан потеряет отставший турпоток, а где же отцы государства, почему такой произвол
Ax Azala hər il büdcədən vəsait ayrılır,,Təyyatələri dövlət gesabına alınır.Təmir pulunu dövlət ödəyir.Bəs bulry satışından daxil olan vəsaitlər hara gedir?Azala kim bu ayı xidmətini göstərir? Niyə nəzarətdən kənar saxlanılır.Son 20 ildə Hesablama Palatası bir dəfə də olsun təftiş aparmayıb.Başqa qurumlar onlardan uzaq Durur....
Bu bir daha deputatların öz hüquq və vəzifələrini bilməməsini ətani sübut edir.Çünki daputat məsələ qaldırır,müzakirə edilərək bir qərara gəlir və bu qərar icra üçün müvafiq quruma göndərilir və icrasına nəzarət edilir.Əfsus ki, bu bozom Milli məclisdə baş vermir.Formal məsələ qaldırılır.hərə bir söz feyir,bəzidi bunu mətbuata çıxarır və bununla iş bitmiş hesab edilir. Belə MM millətə xidmət eynək anlayışından uzaqdır.
Bileti kim bahali edir amma hec kim onun adini cekmir, ona gore de giynet dushmur.!!