Menu

Azərbaycan Dillər Universitetində 3-cü doza vaksin məcburidir?- RƏSMİ CAVAB

14.12.2021, 17:59
Azərbaycan Dillər Universitetində 3-cü doza vaksin məcburidir?- RƏSMİ CAVAB

Sosial şəbəkələrdə Azərbaycan Dillər Universiteti (ADU) tələbələrinin məcburi şəkildə 3-cü doza koronavirus vaksinini vurdurmalarına dair tələb qoyulduğu məlumatı yayılıb.

Məsələ ilə bağlı ADU-nun mətbuat katibi Cavid Zeynallı ilə əlaqə saxladıq. O, BAKU.WS-ə açıqlamasında bildirib ki, təhsil müəssisələrində üçüncü doza vaksinin vurulması məcburidir. Lakin bu məcburiyyət inzibati-pedaqoji heyətə aiddir.

Hazırda ADU-da üçüncü doza vaksinin tələbələrdən tələb olunması ilə bağlı məcburiyyət halları yoxdur. Katib qeyd edir ki, üçüncü dozanın vurulması tələbələrə tövsiyyə xarakteri daşıyır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol