Menu

Mövlud Çavuşoğlu “Dubay-Exspo” mərkəzində Azərbaycan məhsulları ilə tanış olub

14.12.2021, 21:13
Mövlud Çavuşoğlu “Dubay-Exspo” mərkəzində Azərbaycan məhsulları ilə tanış olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində səfərdədir.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, M.Çavuşoğlu özünün “twitter” səhifəsində səfəri çərçivəsində “Dubay-Expo” mərkəzində təşkil olunan ölkəmizə məxsus sərgi nümunələri ilə də tanış olduğunu bildirib.

M.Çavuşoğlu sərgidə Türkiyə ilə yanaşı, Azərbaycan, Özbəkistan və BƏƏ markası olan məhsulların olduğunu vurğulayıb: “Ölkəmizin və məhsullarımızın marka dəyərini artırmaq üçün çalışırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol