Menu

Türkiyədə bu il ərzində 2631 terrorçu zərərsizləşdirilib

15.12.2021, 00:58
Türkiyədə bu il ərzində 2631 terrorçu zərərsizləşdirilib

Türkiyənin müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi və ordu komandanları ilə birlikdə 14-cü İnsansız Uçuş Sistemləri (İUS) Baza Komandanlığına gəlib.

Baza komandirindən fəaliyyətlə bağlı məlumat alan və müvafiq tapşırıqlar verən Akar daha sonra şəxsi heyətə müraciət edərək Türkiyənin həssas bir dövrdən keçdiyini, qeyri-müəyyənlik, risk, təhlükə və beynəlxalq qeyri-sabitliyin günü-gündən artdığını bildirib.

Nazir, həmçinin terrorla mübarizə əməliyyatlarına toxunaraq bu ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayının 2631-ə çatdığını vurğulayıb.

O, bəyan edib ki, bu mübarizə son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol