Menu

Semyon Peqov Moldovada saxlanılıb

15.12.2021, 09:36
Semyon Peqov Moldovada saxlanılıb

Rusiyalı “jurnalist” Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Kişinyov aeroportunda saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” Rusiya Dövlət Dumasının deputatı Artyom Turova istinadən məlumat yayıb.

Moskvaya uçmağa hazırlaşan Peqov bir saatdan çox saxlanılıb, onun üzərində axtarış aparılıb, telefonu və noutbuku ətraflı araşdırılıb, daha sonra isə sərbəst buraxılıb.

Qeyd edək ki, Semyon Peqov postsovet məkanında mövcud münaqişə zonalarında cərəyan edən prosesləri təhrif edərək işıqlandıran və müəyyən qüvvələr tərəfindən informasiya müharibəsi aləti kimi istifadə edilən “WarGonzo” layihəsinin yaradıcısıdır.

Şərhlər

Roma 2021-12-15 11:38:36

Bu yaramazı birdəfəlik məhv eləsəydilər sevinərdim...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol