Menu

Bayden Putinlə növbəti danışığı planlaşdırır

16.12.2021, 09:11
Bayden Putinlə növbəti danışığı planlaşdırır

ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə növbəti danışığı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Jurnalistlər digər Rusiya-Amerika sammitinin planlaşdırılıb-planlaşdırılmadığını soruşduqda Bayden deyib: "Biz ətraflı danışacağıq".

Xatırladaq ki, Rusiya və ABŞ liderləri - Vladimir Putin və Cozef Bayden ötən həftə onlayn görüş keçiriblər. Danışıqların əsas mövzusu ikitərəfli münasibətlər, Ukrayna məsələsi, kibertəhlükəsizlik mövzusu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol