Menu

Milli Məclisin komitələri "Media haqqında" qanun layihəsini müzakirə edəcək

16.12.2021, 11:16
Milli Məclisin komitələri "Media haqqında" qanun layihəsini müzakirə edəcək

Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə həsr edilən dinləmə keçiriləcək.

"Report"un xəbərinə görə, layihə dekabrın 17-də parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, “Media haqqında” yeni qanun layihəsi Milli Məclisin dekabrın 14-də keçirilən iclasında birinci oxunuşda qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol