Menu

"Cənubi Qafqazda kommunikasiyaların açılması üçün səy göstərilir" - Rusiya Baş nazirinin müavini

16.12.2021, 12:21
"Cənubi Qafqazda kommunikasiyaların açılması üçün səy göstərilir" - Rusiya Baş nazirinin müavini

"Cənubi Qafqaz regionunda yolların açılması istiqamətində hərtərəfli işlər görülür".

“Report” xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indi Avropa iqtisadi birliyi vahid istehsalat və mal nəqli sisteminin qurulduğu ayrıca makroregiona çevrilir.

O bildirib ki, MDB ölkələrinin hər birinin iqtisadi inkişaf sürəti onun yerli xüsusiyyətindən asılıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol