Yeni növ koronavirusun (COVID-19) “omikron” ştamının 2022-ci ilin ilk iki ayında Avropa qitəsində daha sürətlə yayılacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) məlumat yayıb.
ECDC-yə görə, “delta” ştamı hazırda dominant variant olaraq qalır. Lakin “omikron”un yaxın bir neçə ay ərzində Avropa ölkələrində dominant olmaq ehtimalı yüksəkdir.
Mərkəzin direktoru Andrea Ammon deyib ki, “omikron” ştamının sürətlə yayılma ehtimalı çox yüksəkdir: “Omikron”un yayılması ilə “delta” ştamına nəzərən ölüm və xəstəxanaya yerləşdirilmə sayının artacağı güman edilir”.
Qeyd edək ki, noyabrın sonunda “omikron” şatmının aşkarlanmasından sonra bir çox Avropa ölkəsində epidemiya ilə bağlı qaydalar sərtləşdirilib. “Omikron” hazırda 80-dək ölkədə aşkarlanıb.


Şərhlər