Menu

“Azərbaycanda “Ölsəm şəhid, qalsam qazi” anlayışı ilə mübarizəmiz davam edir” - Hulusi Akar

16.12.2021, 22:51
“Azərbaycanda “Ölsəm şəhid, qalsam qazi” anlayışı ilə mübarizəmiz davam edir” - Hulusi Akar

"Türkiyə Silahlı Qüvvələri dost və qardaşlarının hüquq və mənafelərini izləmək və qorumaq üçün mübarizəsini davam etdirəcək".Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə Böyükşəhər Bələdiyyəsi Məclis Salonunda etdiyi çıxışında deyib.

Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və sərhədlər xaricində mübarizəsini davam etdirdiyini qeyd edib: “Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və ölkəmizin hüdudlarından kənarda həm özünün, həm də Şimali Kipr, Liviya, Azərbaycan kimi dost və qardaş ölkələrin təhlükəsizliyini, hüquqlarını, manafeyini qorumaq üçün yay-qış, gecə-gündüz, dağ-dərə bilmədən “Ölsəm şəhid, qalsam qazi” anlayışı ilə mübarizəsini davam etdirir”.

HNazir qeyd edib ki, Türkiyə Cümhuriyyəti suverenliyi və müstəqilliyi naminə tarixinin ən gərgin əməliyyatları dövrünü yaşayır və ölkə sərhədləri gərgin iş rejimində qorunur.

Şərhlər

Veteran 2021-12-17 10:24:13

Allah quvvət versin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol