Menu

“Müdafiə potensialımızın möhkəmlənməsində MSN-in rolu danılmazdır” - DEPUTAT

17.12.2021, 09:08
“Müdafiə potensialımızın möhkəmlənməsində MSN-in rolu danılmazdır” - DEPUTAT

“Azərbaycanın milli müdafiə sisteminin formalaşmasında müdafi sənayesi potensialımızın payı danılmazdır”.

Bunu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov deib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Brüsseldə İspaniyanın “El Pais" qəzetinə verdiyi müsahibəsində də bu barədə danışıb. “Cənab Prezident sözügedən müsahibəsində Azərbaycanın müdafiə potensialının Rusiya və İsrail kimi güclü hərbi arsenala malik olan dövlətlərdən alınan silahlar hesabına artırılmasını qeyd etməklə bərabər ölkəmizin müdafiə sanayesinin intensiv inkişaf etməsini, artıq Azərbaycanın istehsal etdiyi silahların dünyanın 30-dan artıq ölkəsinə ixrac edilməsini vurğulamışdır”.

Sadiq Qurbanov qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyinin yaradılması və inkişaf etməsi məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. “Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılmış və nazirliyin infrastrukturu formalaşdırılmışdır. Qısa zaman ərzində Müdafiə Sənayesi Nazirliyinin qanunvericilik bazası formalaşdırılmış, nazirliyin fəaliyyəti üçün hüquqi təminatlar yaradılmışdır. Eyni zamanda onlarla zavod və müəssisələr, o cümlədən “İqlim Elmi-İstehsalat Müəssisəsi”, “Sənayecihaz” EİM, “Avia-Aqreqat zavodu”, “Radioquraşdırma zavodu”, “Baki Cihazqayırma zavodu”, “Azon zavodu” nazirliyin tabeliyinə verilmişdir. Ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyi böyük inkişaf yolu keçmiş, müharibə vəziyyətində olan Azərbaycan Respublikasının müdafiə potensialının gücləndirliməsinə öz töhfəsini vermişdir. Müdafiə potensialımızın güclü olması 44 günlük Vətən müharibəsi dönəmində dünyanın diqqət mərkəzinə çevrilmişdir. Dünyanın hərbi mərkəzləri müasir müharibə texnologiyalarını öyrənərkən məhz Azərbaycanın apardığı müharibəni nümunə kimi götürmüşlər. Müharibənin aparılmasında sözügedən nazirliyin istehsal etdiyi silahlar da müharibədə öz sözünü demişdir”.

S.Qurbanov 44 günlük müharibənin dünyanın hərbi mərkəzləri tərəfindən maraqla qarşılandığını önə çəkərək dünyanın ən güclü ordusuna sahib olan ABŞ ordusunun Quru Qoşunlarının Baş Qərargah rəisi, ordu generalı Ceyms Mak Konvillin Azərbaycan ordusu haqqındakı fikirlərini xatırladıb. Bu general demişdi ki, Azərbaycan ordusunun Qarabağ döyüşlərindəki taktikası Amerikanın hərb texnikasında yenilənmənin vacibliyini üzə çıxarıb. O, ordumuzun pilotsuz uçan aparatlardan (PUA) aktiv istifadə etməsini təqdir edərək, ölkəsinin bu ciddi təhlükəyə hazırlıq səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulamışdır. 

Millət vəkili müdafiə potensialımızın möhkəmlənməsində Müdafiə Sənayesi Nazirliyinin rolunun danılmaz olduğunu və bu sahədə çalışan çoxminli kollektivin Azərbaycan dövlətinin daimi diqqət və qayğısı ilə əhatə olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2009-cu il tarixli Sərəncamını, həmçinin bugünlərdə Milli Məclisdə "Müdafiə sənayesı sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalının və "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar qəbul edilmiş qanun layihəsini dövlət qayğısının təzahürü kimi qiymətləndirmişdir.

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 16 illik yubileyi və müdafiə sanayesi işçilərinin peşə bayramı münasibəti ilə təbrik edir, onlara Azərbaycanın müdafiə sisteminin daha da güclənməsində yeni-yeni uğurlar arzulayıram.”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol