Menu

"TƏRTƏR İŞİ" YENİDƏN ARAŞDIRILACAQ - Həbslər gözlənilir

17.12.2021, 19:53
"TƏRTƏR İŞİ" YENİDƏN ARAŞDIRILACAQ  - Həbslər gözlənilir

 “Tərtər işi”nin Baş Prokurorluqda yenidən istintaq olunmasına başlanılıb. “Qafqazinfo” xəbər verir ki, bu məqsədlə yaradılan istintaq qrupuna digər hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib.

Baş vermiş hadisənin bütün detallarının ən incə xırdalıqlarına qədər araşdırılması, prosesdə iştirak edən bütün şəxslərin dindirilməsi və ortaya tam obyektiv nəticə qoyulması ilə bağlı tapşırıq verilib.

Xatırladaq ki, Tərtərdə hərbi hissədə baş vermiş hadisələrə görə 2017-ci ilin may ayında cinayət işi başlanıb. Sonradan “Tərtər işi” adlanan və bu günə qədər müzakirə edilən işlə bağlı Hərbi Prokuror Xanlar Vəliyevin verdiyi açıqlamaya görə, işgəncə faktına görə başlanan cinayət işi ilə bağlı 16 nəfər müxtəlif vəzifəli şəxs məsuliyyətə cəlb edilib. Cinayət işi başlayanadək bir nəfər şəxs işgəncələrdən vəfat edib.

Şərhlər

XİN-dəki cinayətlərə dair 2021-12-18 11:38:19

Azərbaycan Xarici İşlər Nazirliyində də xəyanətli motivli cinayətlər çox olub, və olmaqdadır. Düzdür, burada xin-də adamlara daha çox mənəvi işgəncələr verilirdi, amma xəyanət elə xəyanət olaraq qalır, tazə nazir də agzina su alıb oturub. İnspeksiya isə yarıtmaz gündədir.

Azərbaycanlı 2021-12-18 01:50:55

Tərtər işi ilə əlaqədar yaradılan istintaq qrupuna Qurban Məmmədov və İlham Aslanoğlunu daxil etmək olmaz.Çünkü bu insanlar həddən artıq rərəzli,psixikası pozulan insanlardır.İnşallah Prokurorluq bu işi ədalətlə axıra çatdıracaq.

t.ədalət 2021-12-17 21:56:01

Hərbi prokurorluqda dayandırılmış cinayət işləri çoxdur."006-cı ildə Səfər Əbiyev və birlik komandiri Yaşar Aydəmirovun əli ilə ....Bu cinayət işinin,təəssüf ki nəticəsi görünmədi.Əsgərlərimizin ləyaqətinə xainlərin əl uzatması cəzasız qaldı.

Azərbaycanlı 2021-12-17 12:12:38

Hərbi prokuror deyidi nağıldır. Ancaq bu misli görünməmiş bir cinayətdir. Allah bəlasını versin bu millətimizə qarşı faist qəırarı verənlərin.

TARIX 2021-12-17 11:18:44

BU İŞ PROKURORLUQ ÜCÜN ŞƏRƏF MƏSƏLƏSİDİR.İNŞALLAH HAQ-ƏDALƏT YERİNİ TUTAR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol