Azərbaycana idxal olunan kərə yağı və komponentlərinə tətbiq olunan gömrük rüsumları ilə bağlı güzəştlər daha iki il uzadılıb. “Report”un məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Güzəştlər bu ilin sonundan 2023-cü ilin sonunadək uzadılıb və bununla bağlı bu məhsullara 5 %-lik idxal gömrük rüsumları tətbiq ediləcək. Bundan öncə bu məhsullara 15 %-lik idxal gömrük rüsumu tətbiq edilirdi.

Şərhlər
Özü qara kürüdən yeyir ))
Bu kərə yağı deyilən namlum yağ görəsən hansı qiymətlə idxal ilunur ki,bu qədər bana satış qiyməti qoyulur? 16-20 mqnqt,yəni 10-12 ABŞ dolları! Buna nəzarət 4edən niyə tapılmır?Nə qədər Azərsun xalqı soyacaq? Çünki belə mallar Azərsunun monpoliyasına verilib.satılı
Boş qərardır. Tək kərə yağı deyil. İnsan yaşaması üçün hər şeyin qiyməti qalxıb. Talançılar milyon milyardlar üstündə oturub qiyməti dayanmadan qaldırır fikirləşmirlər ki kasıb acında ölür. Komunal pulunu verə bilmir. Çoxlarının quru çörəyə pulu yoxdur.
ALLAHA ŞÜKÜR OLSUN Kİ, HÖKUMƏT XALQIN QAYĞISINA QALMAQ İSTİQAMƏTİNDƏ MÜHÜM İŞLƏR GÖRMƏYƏ DOĞRU İLK ADDIM ATMAĞA CƏHD EDİR. BELƏ OLA HƏMİŞƏ.