Menu

Qarabağdakı separatçı-terrorçu rejimin "təmsilçi"lərindən biri Rusiyada həbs edilib

17.12.2021, 16:32
Qarabağdakı separatçı-terrorçu rejimin "təmsilçi"lərindən biri Rusiyada həbs edilib

Azərbaycanın vaxtilə işğal altında olmuş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsindəki separatçı-terrorçu rejimin "təmsilçi"lərindən biri olan Boris Avaqyan Rusiyada həbs edilib.

"Report" "Aysor"a istinadən xəbər verir ki, o, Sankt-Peterburq şəhərində saxlanılıb.

Rusiyanın hüquq-mühafizə orqanları B.Avaqyanı qaçaqmalçılığa görə axtarışa veribmiş.

Onun dövlət sərhədini necə keçərək Rusiya ərazisində peyda olması məsələsi də araşdırılır.

Qeyd edək ki, B.Avaqyan separatçı-terrorçu rejimin "təhlükəsizlik xidməti"nin direktor müavini olub.

Şərhlər

RR 2021-12-17 18:50:05

Doqurdan ? bomba atani verdiler Araike

Bakılı 2021-12-17 17:20:03

Azerbaycanın axtarışa verdikərini tutsalar da gozuna goyan yoxdur, pegov petisini tutdular, bəs niyə təhvil vermədilər? Bunu da rusların özü axtarışa verib tutub, ya bizimkilər yalan deyir axtarışa veriliblər, ya dedyim goz məsələsidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol