Nyu-York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu-York əyalət məhkəməsi (New York County Courts) Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarova qarşı vergi davası açıb. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
Onun iddiasına görə, vergi davasına sabiq nazirin oğlunun adına aldığı 4.5 milyon dollarlıq mənzillərlə bağlı məlumatlar ictimailəşəndən sonra - 2020-ci ilin oktyabrında start verilib.
Məlumata görə, iddia Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzillərlə bağlıdır. (Qafqazinfo)


Şərhlər
Onun necə NAZİR olmasını təyin və azad edən bilər? Oğluna evi qayınAtası-qızına ev alıbsa BANKın ona nə iradı ola bilər?
Hörmətli AzPolitika saytı, "Məmmədyarov" məsələsini diqqət mərkəzində saxladığınıza və Azərbaycan xalqını bu xəyanatkardan xilas edilməsi yolunda gördüyünüz işlərə görə təşəkkür edirik. Lakin iş bununla bitmir. Mammedyarov getsə də, onun adamları hələ də, həm də ən yüksək səviyyədə iş başındadırlar. Səfirlər, nazir müavinləri, idarə rəisləri... Ceyhun Bayramovun komandası da getdikce, Mamedyarova bənzəyir, Gurultuları böyük olsa da, ortada heç nə yoxdur, hətta getdikcə bərbadlaşır, rusdillilər, iranpərənpərəstlər tüğyan edirlər, XİN-də hər şey pul ilə alınır, pul ilə də satılır.
Yiqdi , milletin pulun apardi ) haraminiz olsun !!!! boshda buraxdilar , Derdeeee bôyûk Derd