Menu

“Rusiyanın etirazlarına baxmayaraq, NATO genişlənməkdə davam edəcək” - Stoltenberq

18.12.2021, 11:27
“Rusiyanın etirazlarına baxmayaraq, NATO genişlənməkdə davam edəcək” - Stoltenberq

Şimali Atlantika Alyansı Rusiyanın etirazlarına baxmayaraq, genişlənməkdə davam edəcək.

Bu barədə dekabrın 16-da NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirilən görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransında bəyan edib.

«NATO genişlənmə prosesini davam etdirəcək. Biz, artıq Çernoqoriya və Şimali Makedoniyanı qəbul etmişik - Rusiyanın etirazlarına baxmayaraq» - NATO Baş katibi bəyan edib.

Bundan başqa Stoltenberq vəd edib ki, NATO Rusiya ilə kompromisə getməyəcək - Ukraynanın və Gürcüstanın alyansa qəbulu məsələsində.

KİV-in xəbər verdiyi kimi, dekabrın 13-də Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın Baş naziri Boris Consona danışıqlara başlamağı təklif edib - NATO-nun şərqə doğru genişlənməsini istisna edən razılaşmanın hazırlanması barədə. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabov isə Amerika tərəfə təhlükəsizlik məsələlərinə dair təklif verib.

Dünən də Aİ ölkələri liderləri Brüsseldə Rusiyaya qarşı sanksiyaların tam «dəstini» müzakirə etməli idi.

AzPolitika.info

Şərhlər

ruslan 2021-12-18 19:15:34

Azərbaycan heç kimə qoşulmur,Rusiya da rədd olsun,NATO da,yaşasın müstəqil Azərbaycan.

t.ədalət 2021-12-18 15:50:56

NATO-nun genişlənən addımları,gün o gün olsun ki,bizim Azərbaycanda da hiss olunsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol