Menu

Türkiyə jandarmı "İnterpol"un axtardığı terrorçunu məhv edib

18.12.2021, 13:02
Türkiyə jandarmı "İnterpol"un axtardığı terrorçunu məhv edib

Türkiyənin jandarma qüvvələri "Eren-13" əməliyyatları çərçivəsində daha dörd terrorçunu məhv edib.

“Report” “Vatan” qəzetinə istinadən xəbər verir ki, onlardan biri "Herdem Amed" kod adlı Veysel Akkuşdur.

Siirt şəhərində zərərsizləşdirilən V.Akkuş xüsusi təhlükəli cinayətkar kimi "İnterpol" xətti ilə bağlı axtarışda olub.

Türkiyənin hüquq-mühafizə orqanlarının məlumatına görə, o, 2004-cü ildən bəri müxtəlif terror aktlarında iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol