Menu

Bakıda evdən 50 min manat pul oğurlanıb

18.12.2021, 13:15
Bakıda evdən 50 min manat pul oğurlanıb

Bakıda evdən külli miqdarda pul oğurlayan şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindəki evlərin birindən cari il noyabr ayının 15-dən dekabrın 14-dək olan müddətdə 50.000 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Kazımov və Tərtər rayon sakini R.Ağazadə müəyyən edilərək saxlanılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol