"Hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə deyib.
O bildirib ki, hazırda bu qədər vəsaitin sırf uşaqpulu üçün ödənilməsi məqbul sayılmır: "Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq".
Nazir qeyd edib ki, 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir: "Fikirləşirik ki, uşaqpulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir".


Şərhlər
Imkanlari olsa ushaqpulu evezine her dogulan ushaga gore ailelerden ushaq vergisi tutarlar ....
Nazir cənabları göstərsin görək hansı MDB ölkəsində uşaq pulu verilmir.Vallah ayıbdır.
30 manat ver...Təki , verin....
Meselen ele bidene Fazil Memmedovun pullarini musadire etseler 30 il olke uzre uwaq pulu vermek olar )))
S.Babayevin sözlərindən belə anladım k,uşaqpulu verilərsə korrupsiya, ruşvətxorluq olar. Yəni, uşaqlargunahgardırdır ki,böyuklər alçaqdır, ruşvətxordur. Belə əbləh məntiq sahibləri bizi idarə edirlər.
olsundaaa onsuzda milyardlari yeyirsiz ( hetta ac dediyimiz ermeniler ushaq pulu verirler,,,, Ayibdiyeeee Vallahi!!!! Allah qetirmez bu haksizliqi ,,,,
Bitincisi Nazir uşaq pulu məsələsində yaş hədini çox götürür. Sadəcə o 18 yaş göstərməklə rəqəmi şişirdib, gözə soxur. Adətən bu məsələ ilkin mərhələdə 8- 12 yaş arasında (sonrakı illərdə büdcənin inkişafını nəzərə alıb, yaş həddini artırmağa gedilər) həll edilməlidir. Keçmiş SSRİ dövründə 12 yaşa kimi uşaq pulu verilirdi . İkinci bir tərəfdən bu pulun verilməsi meyarı ailə büdcəsinə uyğun təyin olunmalıdır. Yəni misal üçün, həd qoyulur ki, ailədə hər adam başına düşən gəlir (bu mexanizmi hər tərəfli baxılıb işlənilməlidir) minimum əmək haqqının üçdə biri və yaxud 3-də iki mislindən az olarsa o ailəyə uşaq pulu düşür. Artıq olduqda isə düşmür. Əslində Nazir bu absurt çıxışı ilə, Nazirlərin və Deputatların da (və s. yüksək maaş alanların da) uşaqların hesaba qatmaqla, rəqəmi şişirdirdib 3.3 milyarda çatdırır və nə yazıq ki, cənab Prezidentə də bunu belə məruzə edir. Hansı ki, biz dediyimiz metodla bəlkə də illik veriləcək uşaq pulunun büdcəsi 1,0 milyarda belə çatmaz. Bəlkə də 500-600 milyonu keçməz. O ki qaldı, Nazirin bu məsələ də baş verəcək korrupsiyadan ehtiyat etməsinə bu da absurt fikirdi. İndi bütün strukturlarda sistem elektronlaşıb, işlyən əhali bütünlüklə Sosial müdafiə fondunun və Vergi xidmətinin sistemde var. O başqa məsələ ki, işləyən əhalinin hamısının aldığı maaş sistemdə var ya yoxdu. Yoxdursa əgər, bu da bir başa Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yarıtmazlığıdır. İşləməyən ailələr isə yaşayış yerinin arayışı ilə müəyyən edilir və sonradan bu arayışların hər hansı birinin doğruluğunda şübhə yaranarsa, yenə də nazirlik sorğularla həmin arayışı araşdırır. Yəni, yuxarıda da qeyd etdiyimiz kimi, qısacası Sahil Babayev bu ağrılı məsələdə ağıllı təkliflə Ölkə Başçısının qarşısına çıxmır. Ona görə də atdıqları bu kimi addımlarla, əslində onlar Ölkə Başçısının bunca taleyüklü məsələrdə gördüyü işlərə, sanki gölgə düşürməklə məşquldurlar..
Neft qaz ölkesidi verinde bu uşag pulunu beyin hesabını aparırsız cibnize gedenin hesabını aparmırsız,uşag pulunun hesabını aparırsız ne memuesynuz
Uşaqpulu ödəməyən dövlət xalqın uşaqlarını da pulsuz hərbi xidmətə çağıra bilməz.Uşaqpulu ödənilməməsi ermənilərə sərf edir.Sayımız azalarsa gavurlar hər an üzərimizə hücum edə bilər.