NATO Belarus sərhədinə lap yaxınlaşır, blokun hərbi fəallığı və onun hərbçilərinin sayı xeyli artıb.
Bu barədə Belarus xarici işlər naziri Vladimir Makey «RT arabik» kanalına müsahibəsində bəyan edib.
O, qeyd edib ki, Belarus özündə nüvə silahı yerləşdirməyə hazırdır - əgər NATO tərəfindən belə təhlükə yaranarsa.
«Biz, Belarus respublikasının ərazisində nüvə silahı yerləşdirmək imkanlarına baxırıq - bu, Şimali Atlantika Alyansının gələcəkdə Polşa ərazisində mümkün fəaliyyətinə cavab reaksiyalarından biridir» - Makey izah edib.
AzPolitika.info


Şərhlər
Lukaşenko Putinin cibində gəzdirdiyi lax yumurtadır.
Bunlar ruslarla eyni qidaları yeyib eyni içkileri içirler,ona göre de eyni agılda,eyni inkişaf seviyyesinde olmalıdırlar.