Menu

“O DƏRƏCƏDƏ QEYRİ-CİDDİ YANAŞMADIR Kİ...” – “Nazirin məntiqi ilə biz problemləri çözməməliyik ki, korrupsiyaya yol aça bilər”

19.12.2021, 00:06
“O DƏRƏCƏDƏ QEYRİ-CİDDİ YANAŞMADIR Kİ...” – “Nazirin məntiqi ilə biz problemləri çözməməliyik ki, korrupsiyaya yol aça bilər”

“Ölkəmiz üçün çox üzüldüm onun fikirləri ilə tanış olanda. O, üç səbəb göstərir. Birinci səbəb kimi qeyd edir ki, çox vəsait tələb olunur, təqribən 3.3 milyard manat. İkinci səbəb kimi 2045-ci ilə qədər demoqrafik vəziyyətin stabil qalacağının proqnozlaşdırıldığını deyir. Üçüncü səbəb kimi isə meyarların müəyyənləşdirilməsinin çətin olduğunu və uşaq pulu verilərkən neqtiv halların, korrupsiya əməllərinin ola biləcəyini vurğulayır”.

Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin uşaqpulunun verilməməsinin səbəbləri barədə izahatına münasibət bildirərkən deyib.

“AzPolitika.info” xatırladır ki, nazir Sahil Babayev bu gün redaktorlarla görüşündə bu barədə sualı cavablandırıb. Q.Həsənquliyevin də qeyd etdiyi kimi, nazir uşaqpulunun verilməməsinin səbəbi kimi 3 “arqument” irəli sürüb.

Deputat hesab edir ki, S.Babayev ümumiyyətlə uşaqpulu məsələsinin mahiyyətini anlamır: “O, fərqində deyil ki, "uşaqpulu" müavinəti demoqrafik vəziyyətə görə yox, bütün sivil ölkələrdə uşaqların normal qidalanması, isti geyinməsi, minimal səviyyədə "ləyaqətli həyat standartları" ilə təmin olunması üçün verilir. Mən parlament müzakirələri zamanı da söyləmişdim ki, əgər maliyyə imkanı yoxdursa ki, uşaqlara nazirin dediyi kimi 18 yaşına qədər müavinət verilsin, onda yaş həddini 10-a endirmək olar, yəni ibtidai sinfi bitirənə qədər aztəminatlı ailələrə uşaq pulu vermək olar. Həm də vacib deyil 100 manat məbləğində verilsin. Bu rəqəm iki dəfə azaldıla bilər və ümumi məbləğ bir milyard manatdan da az olar. Amma bununla çoxuşaqlı və aztəminatlı ailələrə böyük yardım etmiş olarıq”.

Q.Həsənquliyev hesab edir ki, nazirin ikinci arqumenti də əsassızdır: “Onun uşaqpulu üçün meyarların müəyyən olunmasının çətinliyi və bunun korrupsiyaya yol açacağı barədə dedikləri isə o dərəcədə qeyri-ciddi yanaşmadır ki, adam münasibət bildirməyə söz də tapa bilmir. Həyatımızın bir çox sahələrində çətin və mürəkkəb məsələlər qarşımızda dayanır, onun məntiqi ilə biz bunu çözməməliyik ki, korrupsiyaya yol aça bilər. Korrupsiyanın qaşısını almaq üçün işləməmək, çətin problemlərin həlli ilə məşğul olmamaq artıq yeni yanaşmadır. Korrupsiyaya qarşı mübarizədə ölkəmizdə tətbiq olunan "yenilik" kimi dünya birliyi tərəfindən öyrəniləcək”.

“Uşaqpulu əvəzinə minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsi barədə nazirin dedikləri də sağlam tənqidə davam gətirmir. Orta aylıq əməkhaqqı artdıqda və inflyasiya aşağı olduqda, hamı işlə təmin olunduqda, pensiyalar orta əməkhaqqına yaxınlaşdıqda, ailələr gəlirlərinin 30%-dən azını ərzaq almağa sərf etdikdə sosial rifahın yüksəlməsindən söhbət gedə bilər. İndiki halda uşaqların sağlam böyüməsi və genefondumuz qorunması üçün "uşaqpulu" müavinətinin verilməsinə böyük ehtiyac var. "Uşaqpulu" fərdi müraciətlər əsasında ailənin maddi vəziyyəti nəzərə alınmaqla verilməlidir. Yeri gəlmişkən deyim ki, nazirdən fərqli olaraq düşünürəm ki, meyarları müəyyən edib bu işi təşkil etmək çox sadədir. Yalnız təcrübəli, oturuşmuş, bacarıqlı və xalqını sevən bir şəxsə bu iş həvalə olunmalıdır”, - Q.Həsənquliyev fikrini tamamlayıb.

Şərhlər

Mirzə Qafarlı 2021-12-20 08:24:15

Uşaq pulunun verilməməsi, 1990-cı illərə qədər erməni tibb işçiləri: Tovuzdaki Tamara Adamyan və Gəncədəki Rosanna Kapilyanın genefondumuza vurduğu zərbəilə eynidir.

Aborigen 2021-12-19 21:28:25

Uşaqlar dövlət üçün bir nömrəli diqqət və qayğı obyekti olmalıdır. Çoxlu imtiyazlarla bərabər, həm də "uşaqpulu" verilməlidir. Digər imtiyazlar xaric, "uşaqpulunun" verilməsi elə birinci sahil babayevdən başlamalıdır. Çünki, bu insanın düşüncə tərzi uşaqdan betərdir. Ağlı başına gələnə qədər bu insan "uşaqpulu" almalıdır. Məncə ya bu insan ümumiyyətlə heç nə başa düşmür, ya da ki, sadəcə olaraq bu milləti ələ salıb. ALLAH qorusun!!

Əşrəf 2021-12-19 21:18:50

Əgər vətən öz övadı haqda narahat olmursa,övlar da vətən qarşısında "borclu" deyil,cənab Sahil Babayev

Müəllim 2021-12-19 13:00:54

S.Babayev kimi milli qarışıq və Azərbaycan xalqının vəziyyətinə xor baxanların nazir təyin edilməsi buraxılmazdır.Onu təqdim edən də xalqın düşmənidir.

Gulsen 2021-12-19 11:43:30

Buməsələni həll etmək üçün təmiz əl soyuq baş və isti ürək tələb olunur.

Amil 2021-12-19 11:04:33

Nazirin dedikləri cılız bəhanələrdir.Uşaq pulu verilməlidir.

telman 2021-12-19 10:46:13

Acından ölən ermənistanda uşaqpulu verilir.

Hadi 2021-12-19 04:56:39

Ortabab təklif: hamı da razı olar yəqin ki, Hər bir uşağa doğum günü dövlət babadan 300 m .Buna imkan var və borcluyuq...

Eli 2021-12-19 00:48:20

Deputat düz deyir,ancaq tecrübeli adam da nazir teyin olunandan üç dörd ay sonra dönür Canavara başlayır sökmeye.Öence bizde vezifeye Marsdan afam getirsek daha yaxşı olar yoxsa biz batacağıq

t.ədalət 2021-12-19 00:46:59

Nazir erməni qanı daşıyır.Azərbaycan uşaqlarının taleyi ona lazımdırmı?

RR 2021-12-19 00:27:31

Ushaq pulu verilmelidi !!!!!!! ves salam shût tamam .!!! Nawil danishmayin millete , ayibdi Allah baqishlamayacaq !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol