Menu

“COVID-19 xəstələrinin özü-özünü müalicə etməsi yolverilməzdir” - Rusiyalı mütəxəssis

19.12.2021, 09:10
“COVID-19 xəstələrinin özü-özünü müalicə etməsi yolverilməzdir” - Rusiyalı mütəxəssis

Həkim və teleaparıcı Aleksandr Myasnikov COVID-19-a yoluxan xəstələrin tək başına özünü müalicə etməsinin yolverilməz olduğunu bildirib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, mütəxəssis koronavirusun bir deyil, iki xəstəliyə səbəb olduğunu vurğulayıb.

Rusiyada daha 28 343 nəfər COVID-19-a yoluxub Braziliyada 2 körpə səhvən COVİD-19-a qarşı peyvənd olunub Axmetov Zelenskinin çevrilişə hazırlıq planında onun iştirakı ilə bağlı dediklərini təkzib edib

Myasnikov əlavə edib ki, COVID-19 testi müsbət çıxan insanlar sətəlcəm olmadığı təqdirdə qan durulaşdıran dərmanlar qəbul etməməlidirlər: “Həkimin göstərişi olmadan belə dərmanların düşünmədən istifadəsi beyin damarlarının pozulmasına və mədə-bağırsaq traktında qanaxmalara səbəb ola bilər”.

“Virusa yoluxmanın qarşısını almağın ən yaxşı yolu peyvənddir. Çünki peyvənd infeksiyaya qarşı ən effektiv qorunma olaraq qalır”, deyə həkim vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol