Menu

Kəlbəcər və Zəngilanın baş planına 440 min manat xərclənəcək – Tenderin qalibi açıqlandı

19.12.2021, 15:05
Kəlbəcər və Zəngilanın baş planına 440 min manat xərclənəcək – Tenderin qalibi açıqlandı

Kəlbəcər və Zəngilan şəhərlərinin baş planının hazırlanması üçün tenderlərə yekun vurulub.

FED.az xəbər verir ki, işğaldan azad olunan iki şəhərlə bağlı tenderi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi elan etmişdi.

Şərtlərə görə, tenderlər təkcə Kəlbəcər və Zəngilan şəhərlərinin Baş Planlarını deyil, şəhərətrafı ərazinin (rayonun) planının hazırlanmasını da nəzərdə tutur.

Bundan başqa, qaliblər rayonun kompleks qiymətləndirmə sxemini, mühəndis kommunikasiya sistemləri sxemlərini, nəqliyyat və sosial obyektlərin yerləşmə sxemini hazırlayacaqlar. Eləcə də tenderə tərcümə xidmətlərinin göstərilməsi və kompleks mühəndis-geodeziya işləri də aiddir.

FED.az xəbər verir ki, hər iki tenderin qalibi Komitənin öz qurumu - Bakı Dövlət Layihə İnstitutu olub.

Qeyd edək ki, institutla 226 min manat (Kəlbəcər üzrə) və 214 min manatlıq (Zəngilan üzrə) müqavilələr bağlanacaq.

Şərhlər

Əski mühəndis 2021-12-19 15:48:40

Ən maraqlısı-A Şəhərin məskunlaşma, inkişafda olan bağça və məktəb aurasıdır Su-kanalizasiya və zibil axınıdır? B Şəhərin yeni iqtisadi qurumu və sənaye zonasıdır! C Təbii ki, kəndlərin təsərrüfat ixtisasları üzrə yenidən qurulması? D Onların da gündəlik su-ərzaq və bağça-məktəblərlə təchizat infrastrukturudur? Əlbəttə ki, Ağıllı kənd və Ağğıllı şəhər şüarları bütün həyati tələbatları layihədə mükəmməlcə nəzərə alacaq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol