"ABŞ-ın beynəlxalq aləmdəki hərəkətləri dünyanı III Dünya Müharibəsinə doğru sövq edir". "Report" xəbər verir ki, bu barədə Meksika Milli Muxtar Universitetinin professoru Con Sakse-Fernandes “La Jornada” qəzetinə yazdığı məqalədə yazır.
Ekspertin fikrincə, məhz NATO və ABŞ-ın aqressiv davranışı bütün bəşəriyyətin mövcudluğuna təhlükə yaradır.
"Amerikanın siyasi liderləri çoxqütblü dünyada nəinki təkəbbürlü, hətta çox riskli davranırlar, həm də BMT-də fəaliyyət göstərən Vestfaliya sistemini (dövlət suverenliyi prinsipi - Red.) rədd edirlər", - professor vurğulayıb.


Şərhlər
Heç bir əlavəsiz həmin TƏHLÜKƏ çoxdan realdır. Ancaq, hər bir müharibə və digər təcavüz təhlükəsinə qarşı qalan (sülhsevən) dünya-aləmi qətiyyət nümayiş etdirməlidir!? İraq, Liviya, Qarabağ, Suriya heç bir səbəb-əsassız VİRANƏ edilib? Halbuki, üç-beş dövlətin qətiyyəti ilə bu müharibələr dayandırıla bilərdi?