Menu

Böyük Britaniyada Brexit naziri istefa verib

19.12.2021, 19:20
Böyük Britaniyada Brexit naziri istefa verib

Böyük Britaniyada Conson hökumətinin Brexit məsələləri üzrə naziri Lord Frost istefa verib. Yerli KİV-də yayılan məlumatlara görə, istefaya nazirlə hökumət başçısı arasındakı fikir ayrılıqları səbəb olub.

Belə ki, Frost Boris Consona yazdığı məktubda hökumətin COVID siyasətilə razılaşmadığını bildirib. O, ölkənin koronavirusla yaşamağı öyrənməsi lazım olduğunu bəyan edib.

Baş nazir isə cavab məktubunda tənqidlərə baxmayaraq, Frosta “hökumət və ölkə qarşısındakı tarixi xidmətlərə görə” təşəkkür edib.

Mənbə: BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol